Ölkəmizdə oynamış gürcü futbolçu: "Millimizin Türkiyə ilə matçda kiçik şansı yaxşı nəticə ilə bitə bilər"

Gürcüstan millisinin sabiq futbolçusu Aleksandr Quruli AVRO-2024-ün qrup mərhələsinin I turunda bu gün keçirəcəkləri Türkiyə yığmasıyla matç haqda danışıb.

Presssport.az xəbər verir ki, vaxtilə (2015/16 mövsümün ilk yarısında) AZAL-ın formasını geyinmiş veteran yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında startda uğurlu nəticə qazanacaqlarına inandığını söyləyib: “Oyun günü xüsusi hesab edilir. Gürcüstan millisi ilk dəfə ən yüksək səviyyədə oynayacaq. Portuqaliyanı da nəzərə alsaq, qrupumuzda bütün komandaların şansı var. Bəlkə də Gürcüstanın Türkiyə ilə oyunda şansı azdı. Lakin bu da yaxşı nəticə ilə bitə bilər. Gürcüstanın necə oynayacağını izləməliyik. Bütün oyunçular özlərini oyuna versələr, hamı qazanmaq istəsə... Bunu danışmaqla yox, əməllə sübut etməliyik. Bunu əməli ilə sübut edənlər 90 faiz qazanır”.

Quruli portuqaliyalıları qruplarının əsas favoriti sayır: "Bundan əlavə, Türkiyə qrupdan çıxmaq üçün favoritdi. Çünki bu komandada yaxşı oyunçular var. Onların geriləmələri olub, amma indi yaxşı oyun göstərmək imkanları var. Buna görə də onların qrupdan çıxmaq şansı yüksəkdi. Hamı elə bilir ki, Çexiya və Gürcüstan heç nə göstərməyəcək. Komandalar favorit olmayanda onlardan heç nə gözlənilmir. O üzdən bu komandalar sürprizlər edə bilər”.

Xatırladaq ki, gürcülər F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC