“Napoli”nin və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya vaxtilə “Şəmkir”, “Kəpəz” və Azərbaycan millisində çıxış etmiş atası Badri Kvaratsxeliyadan yazıb.
Presssport.az xəbər veri ki, Xviça millimizdə oynamış Neapol klubuna keçidinin tamamilə atasıyla bağlı olduğunu deyib: “O, atamdı. Kumirlərim Maradona və atam idi. O, Azərbaycan millisində çıxış edib. Uşaq olanda həmişə onun oynadığı videolara baxırdım və mənim üçün dünyanın ən yaxşı oyunçusu idi. Kimsə mənə Messi və ya Ronaldo haqqında danışanda, deyirdim ki, atam hamısından güclüdü. Onun oynadığı videoları hamıya göstərməyə çalışırdım. Atamın ”YouTube"də videoları çox deyil. Amma DVD-si məndədi. Bunu mənə həmişə anam göstərirdi. Atam cərimə zərbələri zaman çox güclü zərbələr endirirdi. O qədər təsirlənmişdim ki, dostlarımı evimizə dəvət etdim gəlib baxsınlar".
Xatırladaq ki, ata Kvaratsxeliya Vətənində bir neçə klubda oynadıqdan sonra 1997-ci ildə, 32 yaşında "Kəpəz"ə keçmiş, ardınca isə “Şəmkir”ə transfer olunaraq 3 dəfə Azərbaycan çempion olub. 59 yaşlı veteran hücumçu 2000-ci ildə millimizdə 3 oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC