"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis klubun saytına açıqlamasında “Şerif”in Azərbaycan futboluna tanış rəqib olduğunu deyib: "Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.
Xatırladaq ki, "Zirə" ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü 18-də Bakıda keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC