Yurgen Klopp "Liverpul"dan ayrılacaq. Presssport.az xəbər verir ki, almaniyalə mütəxəssis mövsümün sonunda baş məşqçi vəzifəsini tərk edəcək.
Bu barədə o, klubun saytına açıqlamasında deyib. Klopp qərarını belə izah edib:
"Qərar vermək çətin idi, amma rahatlaşdım. Özüm üçün finiş xətti çəkmişdim və çatdım. Bunun nə məni, nə də komandanı oyunlardan yayındırmasına icazə verə bilərəm. Ümid edirəm ki, bu, baş verməz. Əminəm ki, futbolçular yaxşı olacaq.
Karyerama baxsanız, kiçik klubdan "Liverpul"a gəldim. Bu, nağıl idi. Mümkünlüyü çətin görünən nağıl".
Klopp deyib ki, getsə də, klub etibarlı əllərdədir və parlaq gələcəyi var: “Uzun müddətdir ki, normal həyat sürmürəm. Yaşamaq üçün qocalana qədər gözləmək istəmirəm. Normal həyata başlamalıyam və indi doğru zamandı” "Liverpul"un artıq mənə ehtiyacı yoxdu".
Xatırladaq ki, Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. O, bu komanda ilə Çempionlar Liqasını və Premyer Liqanı qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC