Montella qələbəni həyatının ən yaxşı ad günü hədiyyəsi saydı: "Azarkeşlərimizdən xahiş edirəm, belə davam edin"

“Çox xoşbəxtik. Çoxlu təsadüflərin bir araya gəldiyi bir gün oldu. Bayram, ad günüm…”

Presssport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstana qalib gəldikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, qələbə etdikləri fədakarlıqların mükafatı idi: "İndi xoşbəxtik, amma sabahdan növbəti matça hazırlaşacağıq. Bu qələbəni ilk növbədə türk millətinə həsr edirəm. Daha sonra bu qələbəni Enes və Ozana hədiyyə etmək istərdim. Onlar ağır zədələrə görə evdə qalmalı olub".

İtaliyalı mütəxəssisin fikrincə, azarkeşlərin dəstəyi onları daha da gücləndirir: "Xahiş edirəm, belə davam edin. İlk 30 dəqiqə sürətli oynadıq. Qol da vurduq. Ferdi topu ötürdü və Mert işi bitirdi. İki müdafiəçimizlə qol vurduq. Arda və Keremin qolları da möhtəşəm oldu... Çox xoşbəxtik. Bu qələbə həyatımın ən yaxşı ad günü hədiyyəsi oldu”.

Xatırladaq ki, bu gün Montellanın 50 illik yubileyidi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC