Konfrans Liqasındakı təmsilçilərimiz üçün arzuolunmaz püşk - YENİLƏNİB

Bu gün Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olub. Hər ikisi üçün püşkün nəticəsini arzuolunmaz saymaq olar. Belə ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada "Sabah" Hayfa "Makkabi"sinə (İsrail) rəqib olub. "Sabah" ilk oyununu səfərdə keçirəcək.

"Sumqayıt" isə bu mərhələdə “Fehervar”la (Macarıstan) qarşılaşacaq. "Sumqayıt"ın ilk matçı öz meydanında olacaq.

Həmçinin, Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) cütünün məğlubunun də KL-in II mərhələsindəki potensail rəqibi bəlli olub. Bu komandalardan hansı mübarizəni dayandırsa,  Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, KL-də II turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC