Pepe ilə Ronaldo Avropa çempionatlarının tarixinə düşdü

Portuqaliya millisinin futbolçusu, Pepe kimi tanınan Kepler Laveran Lima Ferreyra Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub.

Presssport.az xəbər verir ki, 41 yaşlı müdafiəçi AVRO-2024-ün qrup mərhələsinin I turunda Çexiya yığmasıyla görüşdə meydana çıxmaqla bunu bacarıb.

Bundan əvvəl bu rekord AVRO-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.

Pepe üçün hazırkı Avropa çempionatı 5-ci (2008, 2012, 2016, 2020, 2024) olub. Bu göstərici üzrə rekord onun Portuqaliya millisindəki komanda yoldaşı Kriştianu Ronalduya (6) məxsusdu. O, Avropada buna nail olan ilk futbolçu olub. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC