Millimizin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.
Presssport.a xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan hücumçu şəxsi sosial şəbəkə hesabında bildirib.
31 yaşlı Ramazanov bu qərarın çox ağır və üzücü olduğunu söyləyib: “Çox ağır və üzücü olsa da, futbolçu karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda birgə çıxış etdiyim bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!”.
Xatırladaq ki, Ağabalanın son klubu "Səbail" olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC