UEFA Albaniya milli komandasını cərimələyib.
Presssport.a xəbər verir ki, qitə futbol qurumu AVRO-2024-ün qrup mərhələsinin I turunda İtaliya ilə matçda albaniyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.
Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, oyun zamanı azarkeşin meydana daxil olması və təxribat xarakterli mesajlar səbəbindən Albaniya 37,3 min avro cərimələnib.
Xatırladaq ki, İtaliya Albaniyanı 2:1 hesabı ilə məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC