Millinin kapitanı verdiyi açıqlamaya görə baş məşqçidən üzr istədi

Serbiya millisinin kapitanı Duşan Tadiç millinin baş məşqçisi Draqan Stoykoviçdən üzr istəyib.

Presssport.az xəbər verir ki, buna səbəb 36 yaşlı futbolçunun mediaya dedikləri olub.  

Belə ki, Tadiç AVRO-2024-ün I turunun İngiltərə yığmasıyla oyundan (0:1) sonra bütün 90 dəqiqəni meydanda keçirməli olduğunu bildirmişdi. O, həmin matçda 61-ci dəqiqədə əvəzlənmişdi.

Serbiya Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib ki, milli komandanın turnir üçün qaldığı Auqsburqdakı oteldə inzibati heyət, baş məşqçi və futbolçular arasında görüş keçirilib. Qeyd olunub ki, Duşan fürsətdən istifadə edərək verdiyi həmin tələsik açıqlamalara görə baş məşqçi Stoyko və komanda yoldaşlarından üzr istəyib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC