Qurban Qurbanov: "Hamı bizi mərhələni keçmiş kimi görür"

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibi bəlli olub.

Presssport.az xəbər verir ki, Azərbaycan çempionu “Hamrun Spartans” – “Linkoln” cütünün qalibi ilə görüşəcək. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirərək, ilk olaraq bütün komandalarımıza uğurlar arzulayıb: “Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm. İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq. Bizim üçün II təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdı. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır. Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaq. Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq”.

Qurbanovun fikrincə, “Linkoln” onlara tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündü: "Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC