Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2-ci yoldaşlıq görüşünü keçirib.
Presssport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində növbəti dəfə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Eqnatia Arena”da təşkil olunan matç albanların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində yeganə qolu 70-ci dəqiqədə Əli İbrahim vurub.
Xatırladaq ki, bu komandalar arasında iyunun 17-də keçirilən ilk yoldaşlıq görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC