UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan AVRO-2024-ün qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.
Presssport.az xəbər verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.
UEFA serb azarkeşlərin bu davranışına görə Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.
Xatırladaq ki, Serbiya - İngiltərə matçı birincilərin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC