"Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Macarıstan “Fehervar”ının futbolçusu Bence Qerqenyi püşkatmanın nəticəsini dəyərləndirib.
Presssport.az xəbər verir ki, klubun rəsmi saytına danışan təcrübəli müdafiəçi təmsilçimizi zəif rəqib saymağı düzgün saymır: "Püşkatmanı UEFA-nın saytında canlı izlədim. Azərbaycandan olan rəqibimiz haqda o qədər də məlumatım yoxdu. Məncə, ən böyük səhv "Sumqayıt"ı qiymətləndirməmək olardı. Əminəm ki, məşqçilər korpusumuz onları təhlil edib bizə ətraflı məlumat verəcək. Səhər tez bir zamanda mümkün rəqiblərimizin arasından keçdim. Amma komandaların çoxunu ətraflı tanımırdım. Ona görə də arzuladığım rəqib yox idi".
Bence ölkəmizə etdiyi səfəri də xatırlayıb: "2018-ci ildə bir dəfə Azərbaycanda olmuşam. U-21 yığmasıyla orda heç-heçə oynadıq - 3:3".
Xatırladaq ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Sumqayıt” macarlarla iyulun 25-də evdə, avqustun 1-də səfərdə görüşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC