"Araz-Naxçıvan"ın yay hazırlıq planı bəlli oldu - xaricə toplanışa gedəcək

“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub. 

Presssport.az xəbər verir ki, komanda üzvləri iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. 

Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək. Məşqlərini iyulun 8-dək Bakıda reallaşdıracaq “qırmızı-ağlar” yekunda bir yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib haqda əlavə məlumat veriləcək. 

Bir günlük istirahətin ardından - iyulun 10-da komandamız Türkiyəyə yollanacaq. Ərzurumdakı toplanış iyulun 25-dək davam edəcək. İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcək.

İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək komanda mövsümün ilk matçına hazırlaşacaq.

Xatırladaq ki, yeni çempionat avqustun 2-də start götürəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC