Xorvatiya millisinin kapitanı Luka Modriç yığmadakı oyun sayına görə İtaliya seçməsinin sabiq qapıçısı Canluici Buffonu geridə qoyub.
Presssport.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi buna AVRO-2024-ün qrup mərhələsinin II turunda Albaniya ilə görüşdə (2:2) meydana çıxmaqla nail olub.
Belə ki, Modriç millidə 177-ci oyununu keçirərək, Buffonu (176) geridə qoyub.
Luka yığmada oyun sayına görə yalnız Kriştiano Ronaldodan (Portuqaliya, 208 oyun) və Serxio Ramos (İspaniya, 180 oyun) geri qalır.
Ony da bildirək ki, Modriç 2006-cı ildən millisinin üzvüdü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC