AVRO-2024-də qalmaqal: Futbolçu ədəbsiz sözlərə görə turnirdən uzaqlaşdırıla bilər

Albaniya millisinin hücumçusu Mirlind Daku AVRO-2024-dən uzaqlaşdırıla bilər.

Presssport.az xəbər verir ki, buna səbəb “Rubin”in futbolçusunun Almaniyada təşkil olunan turnirin qrup mərhələsinin I turunun Xorvatiya - Albaniya matçından sonra təhqiramiz şüarlar səsləndirməsidi.

Belə ki, oyun bitdikdən sonra Dakunun ucadan qışqıraraq serblər və şimali makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi iddia olunur. 

Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, futbolçunun cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, B qrupunda keçirilən Xorvatiya - Albaniya matçı 2:2 hesabı ilə yekunlaşıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC