Güləşçilərimiz Rusiyada 6 medal qazandı

Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub.

Presssport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. 

Oyunlara məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında tam heyətlə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

Arif Niftullayev (97 kq) çempion olub. Ziya Babaşovla (63 kq) Təvəkgül Həziyev (67 kq) 2-ci, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə 3-cü yeri tutub.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 3-cü yeri tutub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC