"Qarabağ" 18:17 qalib gəldi, çempion oldu

AFFA U-15 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Presssport.az xəbər verir ki, "ASCO Arena"da 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” yarışı 3-cü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ üz-üzə gəli. 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk 3 yerin sahibləri medallar və diplomlarla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın oyunçusu Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC