Cari mövsümə “Səbail”də başlayan təcrübəli hücumçu Amil Yunanov qış fasiləsində “Kəpəz”ə icarəyə verildi. 31 yaşlı futbolçunun debütü Qərb derbisi oldu və “Turan Tovuz”la Qəbələdəki 3:1 hesablı qələbədə pay sahibi oldu. Amil Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən spz açıb.
- “Kəpəz”də rəsmi debütün baş tutdu. Komandanın və öz oyunundan nə dərəcədə razı qaldın?
- Komanda çox yaxşı oynadı, çox yaxşı mübarizə apardı. Qış fasiləsindən sonra ilk oyun idi, çalışdıq, məqsədimiz qalib gəlmək idi. Əsas odur ki, 3 xalı da qazandıq. Öz oyunuma gəlincə, normaldı. Onu baş məşqçi desə, daha yaxşı olar. Özüm belə qiymət verməyi xoşlamıram.
- Məlumdu ki, cari mövsümdə az oynamısan. Kənardan müşahidəlrə əsasən belə demək olar ki, sanki bir qədər artıq çəkin vardı….
- Olar, mən də belə hiss edirəm. Bir-iki kilo artıq çəkim var. Bu da məşqlərlə, oyunlarla aradan qalxacaq. Son dəfə nə vaxt 90 dəqiqə oynamışdım, açığı, yadımdan çıxıb. Bu, 7-8 ay qabaq olar. Düzdür, “Səbail”lə bu mövsümdə kubokda 90 dəqiqə oynamışdım. Lakin bu, təzyiqli oyun deyildi. İndi 90 dəqiqə çıxış etdin, özümü normal hiss elədim.
- Son vaxtlar Adama Niane yaxşı formada idi, qollarını da vururdu. Amma baş məşqçiniz Adil Şükürov ona yox, sənə start heyətdə şans vardi. Bu, sənə gözlənilməz olmadı ki?
- Yox. Gözlənilməz olmadı deyəndə ki, bu, baş məşqçinin qərarıdı, istəyidi. Açığı özüm gözləyirdim start heyətdə çıxmağı.
- Açıq deyim ki, məni bu komandaya Adil müəllim gətirib. Əsas onun istəyinlə, belə deyim ki, sırf ona görə gəlmişəm. Şükürov məni komandasında görməyi çox israrla istədi. Adil müəllim barəsində çox insanla maraqlandım futbol camiəsində. Deyərdim ki, onun haqqında pis danışan bir adam görmədim. Hamı təriflədi ki, çox yaxşı insandı. Mənim üçün əsas insani keyfiyyətlərdi. Məşqçiliyinə də gəldim burda şahid oldum ki, futbol oynanağı xoşlayan mütəxəssisdi. İstəyir ki, komandası futbol oynasın. Açıq danışaq ki, “Kəpəz” o biri komandalarla müqayisədə bir az zəif oynasa belə, baxırsan, futbol oynamaq istəyir. Komandasının yaxşı oyun göstərməsini istəyən baş məşqçidi. Hələ ki xoş təəssüratlardı, hər şey yaxşıdı.
- “Qarabağ”la çətin sınaqda nə gözləyirsiniz?
- Əlimizdən gələnin maksimumu edəcəyik ki, xal və xallaq alaq. Hamıya məlumdu ki, "Qarabağ" Avropa səviyyəli bir komandadı. Amma bu, futboldu, hər şey ola bilər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC