Almaniyada keçirilən AVRO-2024-də bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Presssport.az xəbər verir ki, günün ilk qarşılaşması Slovakiya və Ukrayna yığmaları arasında baş tutacaq. Slovaklar E qrupunun ilk matçında Belçikaya qalib gəlməklə (1:0) turnirin hələ ki ən sürpriz nəticəsində imza atıbsa, ukraynalılar Rumıniyaya böyük hesabla məğlub olub.
D qrupunun ilk oyununda Polşa və Avstriya milliləri münasibətlərinə aydınlıq gətirəcək. I turda Polşa Niderlanda (1:2), Avstriya isə Fransaya (0:1) yenilib.
Bu qrupun Niderland - Fransa qarşılaşması günün son və ən maraqla gözlənilən oyunu olacaq.
21 iyun
II tur
E qrupu
17:00. Slovakiya - Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. "Esprit Arena".
D qrupu
20:00. Polşa - Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.
23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq. "Red Bull Arena".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC