Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaq.
Presssport.az xəbər verir ki, oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov (48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), Şahin Aslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), Adil Zalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əli Məmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.
Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq), Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57 kq) və Dəniz Babayeva (63 kq) rinqə çıxacaq.
Beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev yarışda ədaləti qoruyacaq.
Onu da bildirək ki, Avropa birinciliyinə iyunun 23-də start veriləcək. Sarayevoya bu gün yollanan yığmalarımız iyulun 1-də Bakıya qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC