Azərbaycanın çimərlik güləşçiləri Fransada keçiriləcək Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcək.
Presssport.az xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmiz 3 idmançı iə təmsil olunacaq.
Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq.
U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə isə çimərlik güləşində debüt edəcək. İdmançı 70 kq-da mübarizə aparacaq.
Onu da bildirək ki, Dünya Seriyası iyunun 28-29-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC