Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində 3 medal qazanıb.
Presssport.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 15 yaşadək idmançılar arasında mübarizə aparan atlet birdən qaldırma hərəkətində 120 kq-ın öhdəsindən gələrək bürünc medal əldə edib.
“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) 3 qızıl, İsa Əliyev (U-15, 73 kq) 2 qızıl, 1 gümüş, Elman Kurdanov (U-15, 67 kq) 2 gümüş, 1 bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC