Almaniyada keçirilən AVRO-2024-də bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq.
Presssport.az xəbər verir ki, günün ilk qarşılaşması Gürcüstan və Çexiya milliləri arasında baş tutacaq. Hər iki yığma qrupda mübarizəyə məğlubiyyətlə başlayıb. Belə ki, gürcülər F qrupunun ilk matçında Türkiyəyə (1:3), çexlər Portuqaliyaya (1:2) məğlub olub.
Bu qrupun digər oyununda qardaş ölkə Türkiyə yenə Dortmundda oynayaraq, Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Hesabında 3 xal olan kollektivlərdən biri qalib gələcəyi təqdirdə, 1/8 finala vəsiqəni təmin edəcək.
Günün son qarşılaşması isə Belçika və Rumıniya yığmalrının oyunundan sonra E qrupu da daxil olmaqla, II turun görüşləri başa çatacaq. Belçika ilk görüşdə Slovakiya yığmasına (0:1) məğlub olub. Rumıniya isə Ukraynanı üstələyib - 3:0.
22 iyun
II tur
F qrupu
17:00. Gürcüstan - Çexiya
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq. “Folksparkştadion”.
20:00. Türkiyə - Portuqaliya
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund. "Siqnal İduna Park".
E qrupu
23:00. Belçika - Rumıniya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Enerqi” stadionu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC