"Neftçi" "Beşiktaş"ın 2 futbolçusuna göz qoyub

"Neftçi" yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində fəaliyyətə start verib.

Presssport.az xəbər verir ki, Bakı klubu "Beşiktaş"ın iki futbolçusunun transferindı maraqlıdı.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, "Neftçi" Emrecan Uzunhan və Aydın Hasiçi heyətinə qatmaq istəyir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı irəliləyiş əldə olunacağı bildirilir.

“Beşiktaş” Hasiçi 2020-ci ilin yanvarında Zaqreb "Dinamo"sundan transfer edib. 22 yaşlı bosniyalı cinah yarımmüdafiəçisi ötən mövsüm icarə əsasında Bosniya və Herseqovinanın "Sarayevo" klubunda çıxış edərək, 33 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Uzunhan isə 2022-ci ilin yayında "İstanbulspor"dan "Beşiktaş"a keçib. 23 yaşlı mərkəz müdafiəçisi başa çatan mövsümdə Super Liqada 1 oyunda iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC