Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülərin Portuqaliyaya qarşı bugünkü matçda oynayıb-oynamayacağı sual altındadı.
Presssport.az xəbər verir ki, bu barədə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella mətbuata açıqlamasında bildirib.
O, Ardanın çox yorğun olduğunu deyib: “Buna görə də onun meydana çıxıb-çıxmayacağına son anda qərar verəcəyik. Ümid edirəm ki, oynayacaq. Təəssüf ki, fiziki cəhətdən oyuna 100 faiz deyil. Arda ilə məsləhətləşəcəyik ki, ya onunun əvvəlindən meydana çıxıb yarıya qədər oynayacaq, ya da matçın ortalarında meydana buraxılacaq”.
19 yaşlı Gülər ilk turda Gürcüstanla görüşdə (3:1) baxımlı qola imza atıb.
Xatırladaq ki, Türkiyə – Portuqaliya oyunu bu gün Dortmunddakı “Siqnal İduna Park” arenasında Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC