"Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur, bunun fərqindəyəm" - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO-2024-ün qrup mərhələsinin II turunda Portuqaliyaya yığmasına böyük hesabla uduzduqları oyun (0:3) haqqında danışıb.

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının yaxşı mübarizə apardığını söyləyib: "Ümumilikdə pis bir matç keçirdiyimizi düşünmürəm. İlk 20 dəqiqə ərzində daha yaxşı çıxış edirdik, qol vurmağa yaxın idik. Bu səviyyədə rəqiblərə qarşı əlinə düşən fürsəti dəyərləndirməsən, işin çətinləşir. İlk qoldan sonra əhval-ruhiyyəmiz düşdü. Toparlanmağa çalışırdıq ki, ikinci qolu buraxdıq. Sona qədər mübarizə apardıq. Yolumuz uzundur. Bir-birimizə inanırıq".

Montella qapıda Altay Bayındıra şans verməsinə də toxunub: "Üç qapıçımızın hər biri çox yaxşıdı. Altay İtaliya, Uels və Almaniya ilə oyunlarda çox yaxşı çıxış etmişdi. Bu gün səhər zədə problemiylə üzləşdik. Buna görə də belə qərar verdik. Komanda pis nəticə göstərəndə ilk düşmən millinin baş məşqçisi olur. Bunun fərqindəyəm. Qərar verərkən bildiklərimi icra edirəm". 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC