"Türkiyəyə 3:0 hesabı ilə qalib gəlmək bizim üçün vacib idi" - Martinez

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez AVRO-2024-ün qrup mərhələsinin II turunda Türkiyə yığmasını 3:0 hesabı ilə məğlub etdikləri matçı şərh edib.

Presssport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunun çətin keçdiyini deyib: “Çexiya ilə görüş də belə idi. Fikrimcə, həmin matçda olduğu kimi, eyni səviyyədə oynadıq. Lakin bu dəfə daha çox qol vura bildik. Bu hesabla qalib gəlmək bizə vacib idi. Türkiyə millisi matça yaxşı başladı, amma qol vuraraq vəziyyətə nəzarəti ələ keçirdik. Bu, asan oyun deyildi. Türkiyə millisinin heyətində müstəsna istedadlar var. Amma onlara imkan vermədik. Oyunun yüksək tempi bizə vəziyyəti nəzarətə götürmək imkanı verdi. Qapımızı toxunulmaz saxlaya bildiyimizə görə şadam. Bu gün yaxşı müdafiə olunduq. Həmişə inkişaf etmək istəyirik”. 

Martinezin fikrincə, artıq digər futbolçularına oyun şansı verə bilər: "Onlar, ümumiyyətlə, hər bir futbolçumuz start heyətində oynamağa layiqdi. Yığmada hər oyunçunun mühüm rolu var".

Xatırladaq ki, Portuqaliya millisi F qrupunda həm pley-offa vəsiqəni, həm də 1-ci yeri özünə təmin edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC