“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Şerif” klubu yeni qapıçı transfer edib.
Pressport.az xəbər verir ki, Malta millisinin 23 yaşlı qolkiperi Rəşid Əl-Tuminin Tiraspol təmsilçisiylə 1 illik müqavilə imzalayaraq keçidini rəsmiləşdirib.
Rəşid futbolda ilk klubu olan Maltanın “Valletta”sından 2016-cı ildə gedərək İtaliyaya köçüb və bundan sona karyerasına həmin ölkənin təmsilçilərində - "Palermo", "Kasarano", "Arzakena" və “Nocerina”da davam etdirib.
Bundan sonra Vətəninə dönən Əl-Tumi son 2 mövsümdə “Slima Uonderers”da çıxış edib, bu il Belarus yığması ilə matçda isə millisində debüt edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC