“AFFA tərəfindən rəsmi olaraq heç bir mütəxəssisə təklif göndərilməyib”. Presssport.az xəbər verir ki, bu fikirləri AFFA-nın baş katibi Sərxan Hacıyev Tovuzda jurnalistlərə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, italiyalı Canni de Byazinin gedişindən sonra yeni baş məşqçi təyinatı ilə bağlı məsələ hələ ki açıq qalıb: “Bəzi məşqçilər özləri açıqlama veriblər ki, mənimlə danışıblar. Rəsmi olaraq bildirmək istəyirəm ki, nə yerli, nə də xarici mütəxəssislə danışıq aparılmayıb. Bununla bağlı İşçi Qrupu mövcuddur, tərkibi bəllidir. Hazırda İşçi Qrupunda konkret namizədlər səsləndirilməyib. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalar əsasında əsasında seçiləcəyi ilə bağlı müzakirələr gedir. İşçi Qrupuna təqdimat olmayıb, konkret ad müzakirə olunmur. Bu qurumun tərkibinin dəyişməsi məsələsi hazırda gündəmdə deyil”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC