“Bu məsələni dəqiqləşdirmişəm. Bizə hələ ki rəsmi müraciət olmayıb”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
İsrail mətbuatının iddiasına görə, Hayfa “Makkabi”si Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Masazır təmsilçisinə müraciət edərək, matçların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib. Həmidov bunun rəsmi formada edilmədiyini diqqətə çatdırıb: “Ola bilər ki, klub rəhbərliyi püşkatmada şifahi müraciət etsin. Amma rəsmi tərəfdən heç bir müraciət olmayıb. Bu da çox güman, şənbə-bazar günlərinin olmasıyla bağlıdı. Sabah bazar ertəsidi, yeni iş həftəsi başlayır və baxacağıq ki, müraciət gələcək, ya yox. Olarsa, bunu müzakirə edib qərar verəcəyik. Səfər matçımızın hansı ölkədə olacağıyla bağlı bizə məlumat verilmədiyindən bu məsələ də açıq qalıb”.
Xatırladaq ki, II təsnifat mərhələsinin matçları iyulun 25-də avqustun 1-də keçiriləcək. İsrail Futbol Federasiyası və İsrail Xarici İşlər Nazirliyinin qəbul etdikləri qərara əsasən bu ölkədə müharibə davam etdiyi üçün klubları avrokuboklardakı ev oyunlarını Avropada keçirəcək. Əvvəl bununla bağlı Macarıstana müraciət olunduğu deyilsə də, indi də Bolqarıstanın adı hallanır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC