Şeydayevin klubu millimizin daha bir hücumçusuyla maraqlanır - danışıqlar davam edir

Millimizin futbolçusu Renat Dadaşov yeni mövsümə də Türkiyədə başlaya bilər.

Presssport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, növbəti mövsümdə Super Liqaya vəsiqə qazanmaq fikrində olan "Kocaelispor" İsveçrənin "Qrasshopper" klubuna məxsus olan 25 yaşlı hücumçu ilə yaxından maraqlanır. 

Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Maraqlıdı ki, İzmit klubunda millimizin digər forvardı Ramil Şeydayev forma geyinir.

Xatırladaq ki, Renat ötən mövsümü "Hatayspor"da icarə əsasında oynayaraq 33 matçda 6 qol vurub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC