"Berdıyev "Turan Tovuz" rəhbərliyi ilə çoxdan razılaşmışdı"

Mahaçqalanın “Dinamo” klubunun prezidenti Hacı Hacıyev sabiq müşaviri Kurban Berdıyevin “Turan Tovuz”un təklifini qəbul etmək qərarından danışıb.

Presssport.az xəbər verir ki, “Matç TV”yə danışan klub rəhbəri təcrübəli mütəxəssisin gedişini belə şərh edib: “Kurban Bekieviç “Turan Tovuz” rəhbərliyi ilə çoxdan razılaşmışdı. Lakin buna baxmayaraq, bizimlə işləməyə davam edirdi. O, artıq məşqçilər və klub rəhbərliyi ilə görüşmək üçün Azərbaycana uçub və iyunun 24-də futbolçularla işə başlayacaq”.

Hacıyevin fikrincə, Berdıyev başqa klubdan gələn təklifi qəbul etməklə düzgün addım atıb: "Gərək vidalaşmağı da bacarasan. Ya da futbol çevrələrində necə deyərlər, uduzmağı da bacarmalısan. Berdıyev “Dinamo”da əla iş gördü, amma ən çox onun regionda futbolun inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdim”.

Xatırladaq ki, 71 yaşlı Berdıyev “Turan Tovuz”la dünən 2+1 illik müqavilə imzalayıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC