Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcək.
Presssport.az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq.
İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
Onu da bildirək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC