Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Kantariyanın sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda “Kəpəz”in də formasını geyinib.
Xatırladaq ki, "Şamaxı" daha əvvəl əcnəbi futbolçulardan Brahim Konateni sıralarına cəlb etmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC