Albaniya millisinin futbolçusu Mirlind Daku AVRO-2024-də 2 oyunluq cəzalandırılıb.
Presssport.a xəbər verir ki, buna hücumçunun Xorvatiya yığmasıyla qrup mərhələsinin II turundan sonra (2:2) makedoniyalılara və serblərə qarşı təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
Nəticədə Kazan "Rubin"inin forvardı turnirin qrup mərhələsinin iyunun 24-də İspaniya millisi ilə keçiriləcək həlledici oyununda millisinə kömək etməyəcək və albanlar qrupdan çıxacağı təqdirdə 1/8 final görüşünü də buraxacaq.
Bundan əvvəl Şimali Makedoniya Futbol Federasiyası Dakanı təhqiredici şüarlara görə cəzalandırmağa çağırıb, həmçinin onun davranışına görə ictimaiyyətdən üzr istəməsini tələb edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC