Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ikincilərin futbolçusu Barnabaş Varqa ciddi zədə alıb.
Presssport.az xəbər verir ki, hücumçu matçın 70-ci dəqiqəsində şotlandiyalı qapıçı Anqus Qunn və müdafiəçi Qrant Hantliylə sərt toqquşma zamanı ağır xəsarət alıb.
28 yaşlı futbolçu qazona yıxılıb və əlləri ilə üzünü örtərək uzanmağa davam edib.
Həkimlər ilkin tibbi yardım göstərmək üçün dərhal meydanda qaçıb. Bu zaman xəsarətin təfərrüatlarını açıqlamamaq üçün futbolçunun ətrafına çadır çəkilib.
Varqa meydanı xərəklə tərk edərək dərhal xəstəxanaya aparılıb. Macarıstan Futbol Assosiasiyası futbolçunun son durumunu açıqlayıb: “Toqquşma zamanı Varqanın üzündə bir neçə sümük qırılıb. O, eyni zamanda beyin silkəsi alıb. Hücumçu böyük ehtimalla əməliyyat olunmalı olacaq. O, Ştutqartda xəstəxanada gecələyib. Bütün komanda ona dəstəkdi!"
Onu da bildirək ki, Mcaarıstanın “Feretnsvaroş” klubunda çıxış edən Barnabaş 2023-cü ilin martından millisinin üzvüdü. O, AVRO-2024-də hər 3 oyunda iştirak edib və İsveçrə millisinin qapısına qol vurub. Ümumilikdə onun yığmada 12 oyunda 7 qolu var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC