Millimizin Macarıstan və İsveçrə ilə oyunlarının hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

12 iyul

Azərbaycan - Macarıstan
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hakimlər briqadası Xorvatiyadandır)

16 iyul

İsveçrə - Azərbaycan
Olimpik De La Pontez stadionu. Saat 21:00
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hakimlər briqadası Slovakiyadandır)

Xatırladaq ki, son 2 tur ərəfəsində millimiz 4 xalla 4-cü yerdə qərarlaşıb. İsveçrə 9 xalla 1-ci, Türkiyə 6 xalla 2-ci, Macarıstan isə 4 xalla 3-cü pillədədi. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC