Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda görülən işlər müəyyənləşib. Presssport.a klubu mətbua xidmətin istinadən xəbər verir ki, arenada yayımçı telekanal üçün üç yerdə çəkiliş meydançası quraşdırılıb.
Bundan əlavə, rahat, kəsintisiz yayım üçün yüksək gərginlikli elektrik, həmçinin yüksək sürətli internet xəttinin çəkilişi həyata keçirilib.
İşıqlandırma sistemi tamamilə yenilənib və media nümayəndələri üçün xüsusi sektor ayrılıb.
Skay-boksların qarşısındakı metal arakəsmələr şüşə ilə əvəz olunub. Stadionun ətrafında və içərisində məlumat xarakterli lövhələr qoyulub.
Nəzarət və təhlükəsizlik kameraları quraşdırılıb, stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirilib.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq. Gələn həftədən etibarən satışa çıxacaq biletləri iticket.az saytından, Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət mərkəzindən, oyuna 3 gün qalmış isə stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan əldə etmək mümkündür. Matçdan bir saat əvvəl konsert proqramı təşkil ediləcək
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC