“Müxtəlif sahələrə cəlb olunan hər bir şəxs matçların və oyunətrafı tədbirlərin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi üçün əlindən gələni edir. Belə bir peşəkar komanda ilə çalışmaq çox maraqlı və təcrübə baxımından faydalıdı”.
Presssport.az xəbər verir ki, bunu Almaniyada təşkil olunan Avropa çempionatında oyunlara UEFA nümayəndəsi kimi təyinat alan AFFA rəsmisi Könül Mehdiyeva deyib.
Sonuncu dəfə Almaniya - İsveçrə matçına təyinat alan xanım nümayəndə peşəkar komanda ilə çalışdığını bildirib: "UEFA nümayəndəsi kimi “Frankfurt Arena”da keçirilən oyunlara təyinat almışam. Bu stadionda artıq iki görüş təşkil edilib. Stadionda fəaliyyət göstərən, müxtəlif sahələrə cəlb olunan UEFA və yerli təşkilat komitəsinin əməkdaşları, könüllülər peşəkar səviyyədə öz öhdəliklərini yerinə yetirirlər. Belə bir peşəkar komanda ilə çalışmaq çox maraqlı və təcrübə baxımından faydalıdır".
K.Mehdiyeva daha 3 oyuna təyinat alacağını vurğulayıb: "Frankfurt şəhərinin ən baxımlı yerlərindən birində, Mayn çayının kənarında böyük fan-zona yerləşir. Orada mütəmadi olaraq müxtəlif ölkələrin azarkeşləri toplaşıb oyunlara baxır və əylənirlər. Turnirin keçirilməsində töhfəsi olan, pərdə arxasında qalan “Frankfurt Arena”nın komandasına əməkdaşlıq üçün minnətdarlığımı bildirirəm. Qarşıda bizi daha üç oyun gözləyir. Stadiona toplaşan və ekran qarşısında olan azarkeşlərə xoş istirahət arzu edirəm".
Qeyd edək ki, Azərbaycanın Avropa çempionatında yeganə təmsilçisi olan K.Mehdiyeva bundan əvvəl C qrupunun II turunun Danimarka - İngiltərə görüşündə UEFA nümayəndəsi funksiyasını yerinə yetirib (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC