Almaniya millisinin aparıcı futbolçularından olan Antonio Rudiger ölkəsində keçirilən AVRO-2024-də zədələnib.
Presssport.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Naqelsmann açıqlama verərək təcrübəli mərkəz müdafiəçisinin İsveçrə yığmasıyla heç-heçə (1:1) etdikləri qrup mərhələsinin III turunun matçında ombasından xəsarət aldığını bildirib: "Ümid edirəm ki, Abtonioya ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər".
Bu yerdə bildirək ki, Almaniya millisinin digər mərkəz müdafiəçisi Conatan Ta 1/8 final görüşünü buraxacaq. Belə ki, İsveçrə ilə görüşdə “sarı” alan bu futbolçu vərəqə limitini doldurduğundan növbəti matçda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC