"Neftçi"nin sabiq futbolçusu, hazırda "Partizan"da çıxış edən Mateus Saldanya karyerasını Türkiyədə davam etdirə bilər.
Presssport.az xəbər verir ki, braziliyalı hücumçu ilə "Fənərbaxça" maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, İstanbul təmsilçisi Saldanya üçün bonuslarla birlikdə 8 milyon avro təklif etməyə hazırlaşır.
Xatırladaq ki, Mateus 2023-cü ilin yanvarından iyuluna qədər "Neftçi"də çıxış edib. Sonra "Partizan"a keçən forvard Serbiya çempionatında 18 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC