Konfrans Liqasındakı təmsilçimiz "Sabah" yamaykalı futbolçu Kahim Parrisi Ukraynanın "Dinamo" (Kiyev) klubundan transfer edib.
Presssport.az xəbər verir ki, 24 yaşlı sağ cinah yarımmüdafiəçisi 4 illik müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kahim ötən mövsümdə "Sabah"da icarə əsasında çıxış edib. O, Masazır təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC