Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun LKS-ni tərk edəcək.
Presssport.az xəbər verir ki, bu barədə “Łódzki Sport” saytı məlumat yayıb.
Polşalı həmkarlarımız bir mərkəz müdafiəçisinin artıq klubu tərk etdiyini yazıb: "Söhbət Oskar Koprovskidən gedir. Bundan başqa, Adrien Luvo da komandadan gedə biləcək futbolçular siyahısındadı. Keçən həftə isə Rahil Məmmədov məşqə çıxmadı. Bu da onun başqa komandaya getməsi ehtimalının yüksək olduğunu göstərir".
Xatırladaq ki, 28 yaşlı Məmmədov bu il yanvarın 20-də LKS ilə müqavilə imzalamışdı. O, 2025-ci il iyunun 30-na qədər Polşa klubuna məxsusdur. Lodz təmsilçisi ötən mövsümün yekunlarına görə yüksək liqanı tərk edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC