AVRO-2024: İspaniya hamıdan fərqləndi, İtaliya 90+8-də sevindi

Bu gün AVRO-2024-də  qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

Presssport.az xəbər verir ki, B qrupunun matçlarına yekun vurulub.

1/8 finala vəsiqəni və qrup liderliyini 2 turdan sonra təmin edən İspaniya yığması Albaniya milliis ilə qarşılaşıb. Meydana ikinci heyətlə çıxmasına baxmayaraq, minimal hesablı qələbə qazanan ispanlar qrup mərhələsini maksimum nəticə ilə başa vuran tək komanda olub. 

Qrupun digər görüşündə isə İtaliya Xorvatiya milliləri üz-üzə gəlib. Leyptsiqdəki matç çox dramatik alınıb. Belə ki, xorvatlar -2-ci hissədə 39 yaşlı Luka Modriçlə hesabda önə keçsələr də, İtaliya millisi 90+8-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçmaqla yanaşı, həm də qrupda 2-ci yeri tutub və 1/8 finala vəsiqə qazanıb.

24 iyul

23:00. Albaniya - İspaniya - 0:1

Qol: Ferran Torres, 13

Baş hakim: Qlenn Nyuberq (İsveç)

Düsseldorf. "Esprit Arena"

23:00. Xorvatiya - İtaliya - 1:1

Qollar: Mattia Zakkaqni, 90+8 - Luka Modriç, 55

Baş hakim: Denni Makkeli (Niderland)

Leyptsiq. “Red Bull Arena”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC