AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində B qrupunda keçirilən Xorvatiya - İtaliya oyununun (1:1) ən yaxşısı müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu ada Xorvatiya millisinin kapitanı Luka Modriç layiq görülüb.
Matçın 54-cü dəqiqəsində penaltini qaçıran 38 yaşlı yarımmüdafiəçi 1 dəqiqə sonra komandasını hesabda önə keçirib. Lakin Modriçin bu qolu qələbə üçün kifayət etməyib. Belə ki, 90+8-ci dəqiqədə qapısında top görən xorvatlar yekunda heç-heçə ilə kifayətlənib və bu nəticə ilə qrup mərhələsini 2 xalla 3-cü pillədə başa vurub.
Modriç həm də 38 yaş 289 günlüyündə İtaliya millisinin qapısına yol tapmaqla Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.
B qrupunun digər matçı olan Albaniya - İspaniya oyununun ən yaxşı futbolçusunun da adına aydınlıq gəlib. Bu, İspaniya millisinin futbolçusu Fernan Torres olub. 24 yaşlı hücumçu matçın 13-cü dəqiqəsində vurduğu qolla ispanlara 1:0 hesablı qələbə qazandırıb. Özü də Torres bunu AVRO-2024-də ilk dəfə meydana start heyətində çıxmaqla reallaşdırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC