"Rubin"in sabiq baş məşqçisi Azərbaycana yollanmağı Berdıyev üçün yeni çağırış sayır: "O, işləməyə hazır olan səhra komandiri kimidi"

Rusiyanın "Rubin" klubunun sabiq baş məşqçisi Rinat Bilyaletdinov Kurban Berdıyevin "Turan Tovuz"a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Presssport.az xəbər verir ki, öz ölkəsinin mətbuatına danışan təcrübəli rusiyalı mütəxəssis

Azərbaycana yollanmağın Berdıyev üçün yeni çağırış olduğunu söyləyib: “Ona yalnız dəstək sözləri deyə bilərəm və uğurlar arzulayıram. Sakit şəkildə öyrədə, məsləhətləşə bildikdə özünü formada saxlayır. O, ruhən işləməyə hazır olan səhra komandiri kimidi. Bu baxımdan Kurban Berdıyev Yuri Syomin, Boris İqnatyev, Hacı Hacıyevə bənzəyir. İşdə onların yaşını hiss etməyəndə onlar o cür sərtləşirlər”.

Xatırladaq ki, 71 yaşlı Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC