Almaniyada təşkil olunan AVRO-2024-ün qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Presssport.az xəbər verir ki, bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.
İlk olaraq D qrupunun matçları keçiriləcək. Belə ki, lider Niderland yığması ən yaxın izləyicilərindən olan Avstriya millisiylə qarşılaşacaq. Qrupun digər görüşündə Fransa millisi xalı olmayaraq AVRO-2024-də şansı itirəm Polşa yığmasıyla qarşılaşacaq.
Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.
C qrupunda lider olan İngiltərə millisi də ən yaxın izləyicilərindən olan Sloveniya yığmasıyla görüşəcək. İkinci pillədə qərarlaşan Danimarka yığması, 1 xal qabaqladığı qrup sonuncusu Serbiya millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
25 iyun
D qrupu
III tur
20:00. Niderland - Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa - Polşa
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".
Xal durumu: Niderland - 4, Fransa - 3, Avstriya - 3, Polşa - 1.
C qrupu
III tur
23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln. “Reyn Enerqi” stadionu.
23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen. "Alyans Arena".
Xal durumu: İngiltərə - 4, Danimarka - 2, Sloveniya - 2, Serbiya - 1.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC