Basketbol millilərimiz Bakı toplanışının ilk mərhələsini başa vurub

Azərbaycanın 16 və 18 yaşadək basketbolçu qızlardan ibarət milliləri Bakıda keçirilən təlim-məşq toplanışının ilk mərhələsini başa vurub.

Azərbaycan Basketbol Federasiyasından Presssport.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar taktiki, texniki və fiziki çalışmaları mütəmadi şəkildə davam etdirərək, bir neçə uğurlu yoxlama oyunu da keçirib.

Bu yığmalar iyunun 26-da Avropa çempionatı öncəsi son hazırlıqlar üçün Kiprə yola düşəcək. Bu ölkədə 7 gün təlim-məşq toplanışı keçirdikdən sonra U-16 yığmamız iyulun 9-dan 14-dək Cəbəllütariqdə baş tutacaq Avropa çempionatının C divizionun oyunlarına yollanacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC